Ən dəyərli futbolçular hansı qitədəndir? – “Transfermarkt” açıqladı
“Transfermarkt” portalı hər qitənin oyunçularının ümumi bazar dəyəri barədə maraqlı məlumat yayıb.
Aut.az xəbər verir ki, rekord sahibi Avropadır. “Köhnə qitə”də 42 151 oyunçunun ümumi dəyəri təxminən 39,27 milyard avrodur.
İkinci sırada Cənubi Amerika qərarlaşıb. 12 111 oyunçunun ümumi dəyəri 11,46 milyard avro təşkil edib.
Hər qitənin oyunçularının ümumi bazar dəyəri:
- Avropa – 39,27 milyard avro (42 151 oyunçu)
- Cənubi Amerika – 11,46 milyard avro (12 111)
- Afrika – 6,41 milyard avro (8 819)
- Asiya – 2,68 milyard avro (12 999)
- Şimali Amerika – 2,46 milyard avro (4 253)
- Avstraliya və Okeaniya – 246 milyon avro (1 382)
Qeyd: mötərizədə oyunçuların sayı göstərilmişdir.
