“Bavariya”nın yeni transferi əməliyyat olundu
“Bavariya”nın yarımmüdafiəçisi Tom Bişof mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı almaniyalı futbolçunun səhhətində problem yaranıb. O, appendiksin götürülməsi üçün əməliyyat edilib və buna görə də qeyri-müəyyən müddətə sıradan çıxıb.
Qeyd edək ki, Tom artıq “Bavariya”nın heyətində klublararası dünya çempionatında debüt edib və Almaniya Superkubokunda da bir dəqiqə meydanda olub.
Aut.az
