17 qat dünya çempionu karyerasını başa vurur
Əfsanəvi İsveçrə dağ velosipediçi Nino Şurter idman karyerasını başa vurur.
Aut.az xəbər verir ki, bu barədə “CyclingUpToDate” məlumat yayıb.
39 yaşlı isveçrəli veteran Nino cari mövsümün sonunda idman fəaliyyətini yekunlaşdıracaq. Onun son yarışması sentyabrın 21-də, İsveçrədə keçiriləcək.
Şurter dağ velosipedçiləri arasında tarixdə ən yaxşılarından biri hesab olunur. 2016-cı ildə kros-kantri növündə olimpiya çempionu olmuş, həmçinin Olimpiadalarda gümüş və bürünc medallar qazanıb. 17 dəfə dünya çempionu, 9 dəfə isə Dünya Kubokunun ümumi qalibi olub. Cari mövsüm onun 2020-ci ildən bəri ilk mövsümdür ki, heç bir qələbə əldə etməyib.
Aut.az
