Əfsanə kişilər və qadınlarla bağlı qərara qarşı çıxdı: Bərabər ola bilməzlər
Üç dəfə “Tour de France” qalibi, 1996-cı ilin olimpiya çempionu fransız Janni Lonqo maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o velosiped idman növündə kişilər və qadınlar arasında mükafatların bərabər olması ideyasına mənfi münasibət bildirib:
“Qadınlar gözəl şou təqdim edir, amma kişilər daha çox kilometr qət edirlər. Velosipeddə sərf olunan saatlarla nisbət nəzərə alınanda niyə fərq olmamalıdır? Mən bərabərlik tələbiylə tam razı deyiləm”.
Hazırda “Böyük tur”da kişilər ümumi sıralamanın qalibi kimi 500–650 avro min alır, qadın çempion isə təxminən 50 min avro qazanır.
Qeyd edək ki, Lonqo 1987–1989-cu illərdə qadınlar üçün keçirilən Qran Turun qalibi olub, həmçinin 13 dəfə dünya çempionu və 59 dəfə Fransa çempionu olub (trek və yol yarışlarında).
