Digər

Belə adrenalin yaşamamısınız: Motosiklet ulduzundan möhtəşəm çıxış – VİDEO

Alman motosikletçi və fristayl-motokros çempionu Luk Akkerman bir daha sərhəd tanımadığını sübut edib.

Aut.az xəbər verir ki, “Red Bull”un yeni videosunda o, motosikletlə sürətlənərək yol nişanının üzərindən salto edib və birbaşa hərəkətdə olan traktorların üzərinə enib.

Video bir neçə saat ərzində sosial şəbəkələri partladıb. On milyonlarla baxış və dünyanın hər yerindən milyonlarla bəyənmə toplayıb. İzləyicilər etiraf edirlər ki, sadəcə izləmək belə qanlarında adrenalini artırır. Akkerman isə bir daha müasir dövrün ən riskli və ən şoumen sürücülərindən biri olduğunu təsdiqləyib.

Aut.az