Dünya futbolu

“Premyer Liqada qalib gəlmək Çempionlar Liqasından daha çətindir”

Argentinalı yarımmüdafiəçi Aleksis Mak Allister İngiltərə Premyer Liqasını qazanmağın Çempionlar Liqasından qat-qat çətin olduğunu bildirib.

Aut.az xəbər verir ki, bunu futbolçu “The Players’ Tribune” üçün yazdığı məqalədə qeyd edib.

Ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqanın qalibi olan Mak Allister Yurgen Kloppun klubdan ayrılmaq qərarını ilk eşidəndə bunun zarafat olduğunu düşündüyünü deyib:

“Məncə, bu, zarafat olmalı idi. Yurgen futbola dəlicəsinə bağlı insanlardan biridir. Onun bu oyunu necə sevdiyini bildiyim üçün düşündüm ki, yəqin sağlamlığı ilə bağlı problem var. Həqiqətən narahat oldum. Amma o, bizə sadəcə yorulduğunu və fasiləyə ehtiyacı olduğunu izah etdi. İndi onu başa düşürəm. Bu səviyyədə təzyiq çox böyükdür. Qvardiolanın Premyer Liqa barədə dediklərinə qatılıram. Məncə, bu, dünyanın ən çətin turniridir. Onu qazanmaq Çempionlar Liqasından çətindir. Premyer Liqa doqquz ay davam edir. Mental, fiziki, emosional… Bu, sözün əsl mənasında dəhşətli bir sınaqdır.”

Aut.az