Rusiyalı futbolçunu bu ölkədə qarət etdilər
Fyodor Çalov Yunanıstanda çimərlikdə qarət edilib.
Aut.az xəbər verir ki, PAOK-da çıxış edən 27 yaşlı rusiyalı forvard bazar günü Yunanıstanın şimal-şərqindəki Xalkidiki yarımadasındakı çimərlikdə dincəlib və icarəyə götürdüyü avtomobili Nea Kalikratiya qəsəbəsi yaxınlığındakı pulsuz dayanacaqda qoyub.
Cinayətkarlar avtomobilə girərək Çalovun içərisində sənədlər və 200 avro olan çantasını oğurlayıblar. Çalov yerli polis bölməsinə gedərək oğurluq barədə məlumat verib.
Fyodr 2024-cü ilin avqustundan PAOK-da çıxış edir. O, klubda keçirdiyi 41 oyunda 5 qol vurub.
Aut.az
