Əfsanə vəfat etdi
“Bolonya”nın əfsanəvi sabiq müdafiəçisi Franko Kreşi vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Keçmiş futbolçunun 79 yaşı var idi. Kreşi doğma komandasında 404 oyun keçirib və 1970, 1974-cü illərdə İtaliya Kubokunu qazanıb. Ümumilikdə karyerası ərzində müdafiəçi 459 matçda çıxış edib, 10 qol vurub və 1 qol ötürməsi verib. Maraqlıdır ki, Kreşi bütün çıxışları ərzində cəmi 3 qırmızı vərəqə alıb.
“Bolonya” ilə yanaşı, müdafiəçi “Modena” və “Vareze Kalço” klublarında da B Seriyasında oynayıb.
Aut.az
