İtaliya

Dünyanın ən seksual futbolçusu klubundan ayrıldı

İsveçrə millisinin üzvü, dünyanın ən seksual qadın futbolçusu Alişa Lemann“Yuventus”dan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə “biankoneri”nin mətbuat xidməti məlumat yayıb.

Hücumçu “Komо” klubuna keçib, lakin müqavilənin müddəti barədə məlumat verilməyib.

Alişa ötən yay “Yuventus”a qoşulub. Onun transferi “Köhnə Sinora”nın “Aston Villa”dan aldığı Douglas Luisi istəyilə gerçəkləşib. O vaxt Lemann da İngiltərə klubunda çıxış edirdi.

Turin klubunda futbolçu 22 oyunda iştirak edib və 2 qol vurub.

Aprelin sonunda Luisi-Lemann cütlüyü ayrılıb. Onlar təxminən bir il birlikdə olublar.

Lemann “Yuventus”un qadın komandası ilə İtaliya çempionu olub. “Komо” isə qadınlar Seria A-sında 10 klub arasında yeddinci yeri tutub.

Aut.az