Dünya futboluTürkiyə

Okan Buruk Safonovun transferinə buna görə “yox” deyib: Şok səbəb

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovu almaq təklifinə necə reaksiya verdiyi bəlli olub.

Aut.az xəbər verir ki, bunu Türkiyənin məşhur jurnalisti Yakub Çınar açıqlayıb.

“PSJ-nin ehtiyat qapıçısı Matvey Safonov agentlər vasitəsilə “Qalatasaray”a təklif olunub. Okan Burukun adı onun xoşuna gəlməyib”, – jurnalist “Yeni Açık” YouTube kanalında podkastda deyib.

Daha əvvəl bildirilmişdi ki, PSJ rəhbərliyi Safonovu  ukraynalı müdafiəçi İlya Zabarnını almaq istədiyi üçün komandadan göndərir.

Aut.az