Fiziyevlə döyüşməkdən qorxurlar? – Karyeramda təklifimi qəbul edən cəmi 2 rəqib olub
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev yüngül çəkidən yarıyüngül çəkiyə keçmək fikrindən vaz keçdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, o, Bakıda keçirilən UFC turnirində İqnasiyo Bahamondes üzərində inamlı qələbə qazandıqdan sonra karyerasını yüngül çəki divizionunda davam etdirmək qərarına gəlib:
“İndi daha çox çəki yığmışam, əzələlərim bərpa olunub. Yaxşı hazırlıq keçəndən sonra əzələlərim böyüyür. Bu vəziyyətdə yarıyüngül çəkiyə keçə bilmərəm. Ona görə də yüngül çəki mənim üçün yaxşı seçimdir.
Hazırda düşünmürəm ki, Den Huker mənimlə döyüşmək istəsin. Amma Dariuş yenidən qələbə yoluna qayıdıb.
Karyeram boyu sadəcə bir, maksimum iki döyüşçü olub ki, mənə “hə” deyib. Birincisi Rafael dos Anxos, ikincisi isə Castin Qetci. Onlara zəng etdim, hər ikisi də dedi: ‘Bəli, gəlin bu döyüşü edək’. Amma digər döyüşçülərlə həmişə belə olub: kiməsə zəng edirəm, amma UFC mənə başqa biri ilə döyüş təklif edir. Den Hukerə zəng etmişəm, əgər hazırdırsa, mən də hazıram. Dariuş da ola bilər. Bilmirəm, indi döyüşü olmayan kim var? Qamrot? Kim döyüşə hazırdırsa, UFC mənə onu versin, sevinərək döyüşərəm. Amma indi konkret ad çəkə bilmərəm ki, bax, mən bununla döyüşmək istəyirəm.”
Aut.az
