Dünya futbolu

Ermənistan yığmasında yeni baş məşqçi

Yeqiş Melikyan Ermənistan yığmasının baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“46 yaşlı mütəxəssisin namizədliyi bu gün FFA İcraiyyə Komitəsinin üzvləri tərəfindən təsdiqlənib. Yeqiş Melikyanla müqavilə 2026-cı ilin noyabrına qədər qüvvədə olacaq”, – məlumatda deyilir.

Bundan əvvəl Melikyan “Pyunik”ə rəhbərlik edib.

Aut.az