Azərbaycanda federasiya prezidenti vəfat etdi
Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən bildirilib.
Qurum rəhbərinin hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, dünya və Avropa çempionu olmuş A.Məmmədov 2023-cü ildən Karate-Do Federasiyasına rəhbərlik edirdi.
