Neymar dubl etdi, “Santos”…
Avqustun 5-nə keçən gecə Braziliya çempionatının 18-ci turunun “Santos” – “Yuventude” matçı baş tutub.
Aut.az xəbər verir ki, görüş “Santos”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblərin heyətində Neymar dubl edib (ikinci qolu penaltidən vurub), daha bir qolu isə Alvaro Barreal vurub.
Uilker Anxel “Yuventude”nin heyətində fərqlənib.
Aut.az
