Neymar Braziliya millisinə qayıtmaq istəyir: Hər şey onlardan asılıdır
“Santos” klubunun hücumçusu Neymar Braziliya çempionatının 18-ci turunda “Yuventude” üzərində 3:1 hesablı qələbədən sonra milli komandaya qayıtmağa hazır olduğunu bildirib.
Aut.az xəbər verir ki, həmin görüşdə dubl müəllifi olan 33 yaşlı ulduz futbolçu bu sözləri deyib:
“Hamı mənim necə oynadığımı bilir! Özümü yaxşı hiss edirəm. Hər şey milli komandanın məşqçilər heyətinin qərarından asılıdır”.
Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 17 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
