4 ilə 229 milyon dollar qazanacaq
“San Antonio Spörs” klubunun oyunqurucusu De’Aaron Foks komandası ilə yeni müqavilə barədə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 27 yaşlı amerikalı basketbolçu 4 illik müqavilə imzalayacaq və bu müddət ərzində 229 milyon dollar qazanacaq.
Foks 2024-cü ilin fevralında “Sacramento Kinqs” və “Çikago Bulls”un da iştirak etdiyi üçtərəfli müqavilə çərçivəsində “Spörs”ə keçmişdi. Martın 18-də isə o, sol əlindəki kiçik barmaq bağlarını bərpa etmək üçün əməliyyat olunmuşdu.
Oyunçu 2024/25 mövsümündə “San Antonio”nun heyətində 17 oyuna çıxaraq orta hesabla 19,7 xal və 6,8 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
