Dünya futbolu

Hakimiyə qarşı “zorlama ittihamı” əvvəlcədən qurulub – Detallar bəlli olur

PSJ-nin lideri Əşrəf Hakimiyə qarşı ittihamlar maliyyə əldə etmək üçün təşkil edilmiş ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb.

Fransa polisi potensial qurbanın oyunçuya böhtan atdığını və bunu sevgilisi ilə planlaşdırdığına dair sübut əldə edib.

Məlum olub ki, ehtimal olunan zərərçəkmiş yazışmada başqa bir müttəhimlə ünsiyyətdə olarkən “onu qarət edəcəyik” və “onu məhv edəcəm” ifadələrindən istifadə edib.

Yada salaq ki, qızı polisə getməyə vadar edən hadisə hələ 2023-cü ildə baş verib. 24 yaşlı zərərçəkənin izah etdiyi kimi, o, bir aydan çox futbolçu ilə sosial şəbəkədə ünsiyyətdə olub. Qadın futbolçunun evinə onun çağırdığı avtomobillə gəlib.

İddialara görə, görüş zamanı oyunçu razılıq verilməməsinə baxmayaraq onu öpməyə başlayıb, etirazına məhəl qoymayaraq bədəninə toxunub, sonra isə təcavüz edib. O, yalnız ayağı ilə oyunçunu itələdikdən sonra qaça bilib və dərhal rəfiqəsinə mesaj göndərərək gəlməsini xahiş edib. Dostu polisə şikayətçinin sözlərini və hadisədən sonra emosional vəziyyətini təsdiqləyib.

Hakimi bütün ittihamları rədd edir və şikayətçinin maddi fayda əldə etmək istədiyini düşünür. Klub da bu vəziyyətdə futbolçuya dəstək olub.

Aut.az