Osimhen “Qalatasaray”da bu qədər qazanacaq: Rəsmi açıqlama
“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen ayda 15 milyon avro qazanacaq.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İyulun 31-də “Qalatasaray” 26 yaşlı Osimhenin “Napoli”dən 75 milyon avroya alındığını və forvardla 4 illik müqavilə imzaladığını açıqlayıb.
“Müqaviləyə əsasən, oyunçu mövsümə görə 15 milyon avro zəmanətli maaş, 1 milyon avro loyallıq bonusu və 5 milyon avro imic hüquqlarından istifadə haqqı alacaq”, – klubun açıqlamasında deyilir.
Osimhen ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edib, bütün turnirlərdə 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Nigeriyalı Türkiyə liqasının və Türkiyə kubokunun qalibi olub.
Aut.az
