Dünya futbolu

İllər sonra o gecənin sirrini açıqladı: Messini Parisə gəlmək üçün belə tovlayıblar

PSJ-nin sabiq futbolçusu Marko Verratti Messi ilə şam yeməyində baş verənləri illər sonra açıqlayıb.

Aut.az xəbər verir ki, Veratti bu barədə İspaniya mətbuatına danışıb.

“Biz İbitsada idik. Neymar yanıma gəldi və dedi: “Bu axşam Leo ilə nahar edəcəyik”, – Verratti xatırlayır.

Sonda masada mən, Messi, Paredes, Neymar və Di Mariya var idi. Söhbət edirdik, zarafatlaşırdıq və nə vaxtsa Leoya eyham vurmağa başladıq: “Parisə gəl”.

Axşam gec vidalaşdıq və ertəsi gün Messinin “Barsa” ilə problemləri olduğu xəbəri yayıldı. Sonra Ney zəng etdi: “Marko, Leo bizə qoşulur”. Bu sehrli gecə idi”. Bir neçə gün sonra bu rəsmi oldu: Messi PSJ-nin oyunçusu oldu”, – Verrati deyib.

Aut.az