Dünya futbolu

Maskerano Messinin cəzalanmasına sevinir? – Yaxşı oldu

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS Ulduzlar Oyununu buraxması səbəbindən bir oyunluq diskvalifikasiya alan Lionel Messinin durumuna dair açıqlama verib.

Aut.az xəbər verir ki, o, bu vəziyyətdən məmnunluğunu bildirib:

“Leo ilə bağlı deyə bilərəm ki, ümid edirik, bu vəziyyət onu daha da motivasiya edəcək. Əslində biz diskvalifikasiyanı gözləmirdik. Amma ümumilikdə bu, bizim üçün yaxşı oldu.

Məsələ ondadır ki, bir çox ardıcıl oyundan sonra ona məcburi istirahət verməli idik. Düşünürəm ki, bu fasilə ona xeyir verdi. Qarşıda bizi Liqa Kuboku və MLS qarşılaşmaları ilə dolu yeni bir marafon gözləyir. Bu səbəbdən o, bir qədər təravətlənib”.

Aut.az