Dünya futbolu

Braziliya millisinin baş məşqçisi ilə bağlı qərar rəsmən açıqlandı

Braziliya Futbol Konfederasiyası (CBF) millinin baş məşqçisi Dorival Junioru istefaya göndərib.

Aut.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

“Peşəkar işinizə görə təşəkkür edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bundan sonra CBF yeni baş məşqçinin tapılması üçün çalışacaq”, – deyə bəyanatda qeyd olunub.

Mətbuatın yazdığına görə, Dorivalın qovulması ilə bağlı həlledici məqam Braziliyanın DÇ-2026-nın seçmə mərhələsində Argentina millisinə böyük hesabla məğlub olması (1:4) olub.

Qeyd edək ki, Dorival 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi təyin edilib.

Aut.az