Azərbaycan futbolu

“Sumqayıt”da yeni müqavilə

“Sumqayıt”da yeni müqavilə imzalanıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib. 23 yaşlı futbolçu daha 2 il “Sumqayıt”ın şərəfini qoruyacaq.

Səbuhi Abdullazadə həm də klubun yetirməsidir.