Əfsanəvi xanım idmançı bu rallidə köməkçi pilot olacaq
Əfsanəvi biatlonçu Kaysa Myakyaryanen Finlandiyada keçiriləcək WRC2 Dünya Ralli Çempionatının xüsusi mərhələsində Markus Qryönholmun köməkçi pilotu olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Iltalehti.fi” yazır.
Keçmiş biatlon ulduzu, Dünya Kubokunun ikiqat qalibi (2014, 2018) 2020-ci ildə karyerasını başa vurub.
Bu dəfə Kayisa tamamilə yeni macəraya başlayır: o, WRC2-də Finlandiya Rallisinin növbəti yarışında əfsanəvi Markus Qryönholmun köməkçi pilotu olacaq.
Dünya Ralli Çempionu (WRC) avqustun 1-də Yuvyaskyulada “Harju” Stadionunda keçiriləcək. Tədbir üçün seçilən avtomobil WRC2 sinfinə aid “Skoda Fabia RS Rally2”-dir.
57 yaşlı Markus 1989-2007-ci illərdə WRC rallisində iştirak edib. 2000 və 2002-ci illərdə “Peugeot 206 WRC” komandası üçün yarışaraq dünya çempionu olub. Ümumilikdə, o, karyerası ərzində 61 dəfə podiuma yüksəlib – 30 dəfə qalib olub.
Aut.az
