Digər

Ceyk Polun sevgilisi Olimpiadaya vəsiqə qazana bilmədi: Başına iş gəldi

İkiqat dünya çempionu və Olimpiadanın gümüş mükafatçısı Yutta Lerdam 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqə verən həlledici seçmə yürüşü başa vura bilməyib.

Aut.az xəbər verir ki, hadisə Niderlandın Herenven şəhərində keçirilən milli seçim yarışlarında baş verib. 26 yaşlı idmançı özünün əsas məsafəsi olan 1000 metrdə mübarizə aparsa da, ikinci döngədə tarazlığını itirərək bortlara çırpılıb və yıxılıb.

Nəticədə Lerdam avtomatik şəkildə Niderland yığmasının heyətinə düşmək üçün tələb olunan vaxtı göstərə bilməyib.

Yaşanan dramı tribunadan onun nişanlısı, tanınmış bloqer və boksçu Ceyk Pol izləyib.

Qeyd edək ki, Pol bir həftə əvvəl Entoni Coşuaya nokautla məğlub olub.