“Qarabağ” İrlandiyada “Şelburn”u darmadağın etdi
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Aut.az xəbər verir ki, “köhlən atlar” səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gəlib.
Xorvatiyalı referi Ante Kulinanın idarə etdiyi matç Dublindəki “Tolka Park” arenada baş tutub. Azərbaycan çempionu bu oyunda 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
Komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası: II təsnifat mərhələsi, ilk oyun
23 iyul
22:45. “Şelburn” – “Qarabağ” 0:3
Qollar: L.Andrade,12, A.Kaşuk,81, N.Axundzadə,85
Hakimlər Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin (hamısı Xorvatiya)
Dublin, “Tolka Park” stadionu.
“Şelburn”: 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko
Ehtiyat oyunçular: 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 8. M.Koyle, 9. Ş.Boyd, 10. C.Martin, 15. S.Bon, 16. C.O’Sullivan, 17. D.Kelly, 18. C.Norris, 24. L.Temple, 49. R.Offor
“Qarabağ”: 97. Fabian Buntiç, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Dani Bolt, 20. Kadi Borges, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina
