Almaniyaİngiltərə

Sterlinqə sürpriz “elçi”

“Çelsi”nin hücumçusu Rahim Sterlinq Almaniya təmsilçisi “Bayer”in maraq dairəsindədir.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin xəbərinə görə, Leverkuzen klubu ilə yanaşı, daha bir neçə Avropa komandası da 30 yaşlı futbolçunun vəziyyətini izləyir. Bildirilir ki, britaniyalı vinger baş məşqçisi Enso Mareskanın planlarına daxil deyil.

Sterlinq ötən mövsümü icarə əsasında “Arsenal”da keçirmişdi. O, “topçular”ın heyətində 28 oyuna çıxmış, 1 qol vurmuş və 5 məhsuldar ötürmə etmişdi.

Aut.az