Almaniya

“Bavariya”ya “yox” dedi, Bundesliqada bu klubu seçdi

PSJ-nin yarımmüdafiəçisi Xavi Simons daha bir mövsümü icarə əsasında Almaniyanın “Leypsiq” klubunda keçirəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində məlumat verib.

Mənbənin məlumatına görə, futbolçu “Bavariya”nın təklifini rədd edərək “Leypsiq”də qalmağa qərar verib. Artıq bu barədə bütün maraqlı tərəflər məlumatlandırılıb. PSJ-nin “Leypsiq”lə bir illik icarə müqaviləsinin son təfərrüatlarını yekunlaşdırdığı bildirilir.

Simons ötən mövsümü icarə əsasında “Leypsiq”də keçirib. Niderlandlı 43 oyun keçirib, 10 qol vurub və 15 məhsuldar ötürmə edib.

Simons 2019-cu ilin iyulunda azad agent kimi “Barselona”dan PSJ-yə keçib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” yarımmüdafiəçini 80 milyon avro dəyərində qiymətləndirir.

Aut.az