“Real” Modriçə əvəzləyici tapıb: Amma Peres xəsislik edir
“Real” Luka Modriçə əvəzləyici axtarır.
Aut.az “RM Confidencial”a istinadən xəbər verir ki, “kral klubu” “İnter”in liderlərindən birini – Nikolo Barellanı nəzərdən keçirir.
Milanlıların futbolçu üçün ən azı 60 milyon avro istəyəcəyi gözlənilir ki, bu da “kral klubu”nun prezidenti Florentino Peresin xoşuna gəlmir.
O, bu qədər pul ödəməyə xəsislik edir. Azarkeşlər isə “Real Madrid” prezidentinin xəsisliyini müzakirə edirlər.
“Real”da hər şey çox uzun çəkir”.
“Bu qiymət “Real” üçün olduqca normaldır”.
“Pedrini tapana qədər sakitləşməyəcəklər”.
“Tamamilə əsaslandırılmış qiymət”.
Aut.az
