Messini cəzalandıracaqlar: Bunu etsə
“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi “MLS All-Star” oyununu buraxa bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sports Illustrated” məlumat yayıb.
Oyun iyulun 24-də Texas ştatının Ostin şəhərində baş tutacaq. Ənənəvi olaraq, bu matçda “MLS All-Star” komandası Meksika çempionatının “All-Star” komandası ilə qarşılaşacaq.
Tədbirə saatlar qalsa da, Messi hələ də Ostində görünməyib və oyunöncəsi məşqdə iştirak etməyib. “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano əvvəllər forvardın bu oyunda iştirakını istəmədiyini bildirmişdi.
Messi bu oyunu burxsa, cəzalana bilər. Onun MLS liqasında bir oyunluq cəzalandırılma ehtimalı var.
Aut.az
