Məşhur futbolçu bu klubu alır
Qətərin “Əl-Duhail” klubunun yarımmüdafiəçisi Marko Verratti “Peskara”nın ortaq sahibi olacaq.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Futbolçu “delfinlər”in səhmlərinin 50%-ni alacaq, onun nümayəndəsi isə klub rəhbərliyinə daxil olacaq.
Verratti “Peskara”nın yetirməsidir və 2008-2012-ci illərdə “delfinlər”in böyük komandasında çıxış edib. Bundan sonra yarımmüdafiəçi PSJ-də oynayıb, daha sonra 2023-cü ildə Qətərin “Əl-Ərəbiyə” klubuna keçib. Marko bu yaydan “Əl-Duhail”də oynayır.
“Peskara” keçən mövsümün nəticələrinə görə B Seriyasına yüksəlib. Klubun ən böyük nailiyyətləri 1986/1987 və 2011/2012 mövsümlərində B Seriyasını qazanmasıdır.
Aut.az
