İngiltərə

“Liverpul” yasdan çıxa bilmir: Əfsanəvi futbolçusu öldü – FOTO

“Liverpul”la iki dəfə avrokubok qazanan əfsanəvi uelsli futbolçu Coi Cons 70 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Ölümün səbəbi barədə məlumat verilmir.

Coi Cons 1975-1978-ci illərdə “Liverpul”dakı karyerası zamanı şöhrət qazanıb. Bu müddət ərzində o, komandanın heyətində düz 100 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

O, həmçinin “Reksem” və “Çelsi”də də oynayıb.

Xatırladaq ki, “Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı Andre Silva bir müddət əvvəl faciəli şəkildə vəfat etmişdi. Bu, iyulun 3-də İspaniyada avtomobil qəzası nəticəsində baş verib.

“Liverpul” yasdan çıxa bilmir: Əfsanəvi futbolçusu öldü – FOTO

Aut.az