“Çelsi” ona qiymət kəsdi: Satsalar, Kənanı alacaqlar
“Çelsi” hücumçu Nikolas Ceksonu 80-100 milyon funt-sterlinq dəyərində qiymətləndirir.
Aut.az xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu “Mançester Yunayted”in hədəfindədir. Onunla Avropa və Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı bildirilir.
“Sky Sports”a görə, mavilər Ceksonun 79 milyon funt sterlinqə “Ayntraxt”dan “Liverpul”a qoşulmağa yaxın olan Yuqo Ekitikedən daha yaxşı hücumçu olduğuna inanır.
Cekson gedərsə, “Çelsi” ya hücumameyilli yarımmüdafiəçi (“RB Leypsiq”dən Xavi Simons və ya “Aston Villa”dan Morqan Rodgers) və ya vinger (“Mançester Yunayted”dən Alexandro Qarnaço və ya “Yuuventus”dan Kənan Yıldız) almaq istəyir.
Aut.az
