Avropa çempionu “Əl-Nəsr”ə lazım olmadı: Sabiq klubu hərəkətə keçdi
İspaniya millisinin müdafiəçisi Emerik Laport “Əl-Nəsr” klubunu tərk etməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə insayder jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, 31 yaşlı futbolçunun sabiq klubu “Atletik Bilbao” onun geri dönməsində maraqlıdır və artıq transferlə bağlı ilk təklifi təqdim edib. Bildirilir ki, Laport hazırda “Əl-Nəsr”in gələcək planlarına daxil deyil.
İspaniya millisi ilə Avro-2024-ün çempionu olan Laport “Atletik”i 2018-ci ilin yanvarında tərk etmiş və 65 milyon avroya “Mançester Siti”yə keçmişdi. O, 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunmuşdu.
Aut.az
