İspaniya

“Real” onu almaq üçün bu 3 futbolçudan birini satmağa hazırdır: Arda da var

“Real Madrid” Leverkuzen “Bayer”inin alman yarımmüdafiəçisi Florian Virtslə ciddi maraqlanı .

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” 21 yaşlı futbolçunu transfer etmək üçün 3 futbolçusundan birini satmağa hazırdır: Vinisius Junior, Rodriqo və ya Arda Gülər.

2024/25 mövsümündə Florian Virts klub səviyyəsində 10 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 130 milyon avro qiymətləndirir.

Aut.az