Məcburdurlar: “Tour de France” qeyri-adi təqvimə keçir
2028-ci ildə “Tour de France” Los-Ancelesdə Yay Olimpiya Oyunları ilə əlaqədar qeyri-adi vaxtda baş tutacaq.
Aut.az xəbər verir ki, bu barədə “Wielerflits” məlumat yayıb.
“Tur de Frans” adətən iyul ayında keçirilir. 2028-ci il Yay Olimpiya Oyunları iyulun 14-dən 30-a kimi baş tutacaq və bu, turun təşkilatçılarını yarışı iyun və ya avqust aylarına keçirməyə məcbur edəcək.
Təqvimə edilən bu cür dəyişikliklər digər iki super mərhələ yarışına – “Giro d’İtalia” və “Vuelta” yarışlarına da təsir edəcək ki, onlar da həmişəkindən tez və ya gec keçirilməli olacaq.
Çox güman ki, “Tour de France” avqust ayına köçürüləcək. Yarış iyun ayına keçirilsəydi, Ciro yüksək dağlarda hələ çox qarın olduğu apreldə keçirilməli olardı. Bu, Cironun dağ mərhələlərinin keçirilməsi ilə bağlı ciddi təşkilati problemlər yaradardı.
Aut.az
