Digər

ABŞ-dan imtina edib Rusiyanı seçən MMA döyüşçüsü: Məni hədələdilər

MMA döyüşçüsü Ceff Monson ABŞ pasportundan imtina etdikdən sonra amerikalıların təhdidlərindən danışıb.

Aut.az xəbər verir ki, Monson bu barədə TASSA-a danışıb.

“Oradan mənə çoxlu iyrənc şeylər yazdılar və hədələdilər. Təəssüf ki, mən qohumlarımla ünsiyyət qura bilmirəm”, – Monson bildirib.

Monson Minnesota ştatının Sent-Pol şəhərindəndir. 2018-ci ilin mayında o, Rusiya vətəndaşlığını alıb, bundan sonra həmin ilin sentyabrında seçildiyi Krasnoqorsk şəhər şurasına namizədliyini irəli sürüb. 2023-cü ilin may ayında Monson Amerika pasportunu səfirliyə təhvil verdiyini elan etdi və sentyabr ayında “Vahid Rusiya” partiyasından Başqırdıstan Respublikasının parlamentinə seçildi.

Aut.az