Azərbaycan futbolu

“Şamaxı”nın daha bir rəqibi müəyyənləşdi

“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqib müəyyənləşib.

Aut.az xəbər verir ki, sözügedən komanda “Sumqayıt”la qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma avqustun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, “Şamaxı” daha öncə “Qəbələ” ilə qarşılaşıb və 1:2 hesabıyla uduzub.