Gizlətməyin mənası yoxdur, kişi doğuldu: Olimpiya çempionu ana oldu
Sinxron üzgüçülük üzrə üçqat olimpiya çempionu Alla Şişkina ana olduğu haqda məlumat verib.
Aut.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edib.
35 yaşlı keçmiş idmançı hamiləliyindən çəkdirdiyi fotoların altına “Kişi doğuldu! Artıq hamiləliyini gizlətməyin mənası yoxdur” yazıb. Şişkinanın iyulun 17-də Andrey adlı oğlu olub.
Şişkina 2012, 2016 və 2021-ci illərin Olimpiya çempionudur. O, bütün medallarını qrup yarışlarında qazanıb. Bundan əlavə, onun dünya çempionatlarında 14 qələbəsi var.
Aut.az
