İspaniyaİngiltərə

Bellinqemdən xəbər var: Xəstəxanadan FOTO paylaşdı

“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunduqdan sonra paylaşım edib.

Aut.az xəbər verir ki, ingilis xəstəxanada çəkilmiş fotonu paylaşaraq yazıb:

“Endryu Uolles və Syuzan Aleksandra, onların komandasına və “Fortius”dakı hər kəsə əməliyyata və qonaqpərvərliyə görə təşəkkür edirəm.

İvan Orteqa və doktor Leyesə dəstək verdikləri üçün. Və nəhayət, bütün xoş arzular və sevgi sözləri üçün hər kəsə. Geri qayıtma prosesi artıq başlayıb, tezliklə görüşərik”, – Bellinqem yazıb.

Aut.az

Bellinqemdən xəbər var: Xəstəxanadan FOTO paylaşdı