Qaydasız döyüş

Azərbaycanlı döyüşçü Rusiya vətəndaşlığından məhrum edildi

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

Aut.az xəbər verir ki, bu barədə Telegram-da Readovka kanalı Saratov vilayəti üzrə FSB İdarəsinə istinadən məlumat yayıb.

Yayımlanan videoda hüquq-mühafizə orqanının əməkdaşı idmançıya bildirir ki, vətəndaşlıqdan məhrumetmə qərarına səbəb onun ölkənin siyasi və sosial sabitliyinə mənfi təsir göstərən hərəkətləri olub.

2024-cü ilin yayında Rzayev rusiyalı döyüşçü Sergey Prixodkoya qalib gəldikdən sonra oktaqonda Artur Kulinski ilə mübahisəyə girərək onu “rus donuzu” adlandırmışdı.

30 yaşlı Rzayev 6 peşəkar döyüş keçirib (4 qələbə və 2 məğlubiyyət).

Aut.az