Dünya futbolu

Enrike o davadan danışdı: Əvvəlcə o itələdi

Luis Enrike Klublararası Dünya Çempionatının finalından sonra Joao Pedro ilə qarşıdurması haqda izahat verib.

Aut.az xəbər verir ki, “Çelsi”nin PSJ üzərində 3:0 hesablı qələbəsindən sonra futbolçular meydanda toqquşub.

Mübahisə zamanı PSJ-nin baş məşqçisi Luis Enrike “Çelsi”nin üçüncü qolunu vuran Joao Pedronu itələyib.

İspanın əli braziliyalının boğazına, sonra isə üzünə dəyib və hücumçu yerə yıxılıb.

“O, məni itələdi, mən ona toxundum və yıxıldı”, – Enrike deyib.

Aut.az