Atletika

“Brilyant Liqa”da mövsümün ən yaxşı nəticəsi qeydə alındı

2024-cü ilin Olimpiya çempionu, niderlandlı yüngül atlet Femke Bol Monakoda keçirilən “Brilyant Liqa”sı mərhələsində 400 metr məsafəyə maneələrlə qaçışda mövsümün ən yaxşı nəticəsini göstərib.

Aut.az xəbər verir ki, Femke Bol yarışı 51,95 saniyə ilə başa vurub. Amerikalı Delilah Məhəmməd ikinci (52.58), digər amerikalı Anna Kokrell isə 52.91 saniyə ilə üçüncü olub.

  1. Femke Bol (Niderland) – 51,95 (mövsümün lideri).
  2. Delilah Məhəmməd (ABŞ) – 52,58.
  3. Anna Kokrell (ABŞ) – 52,91.
  4. Emma Zapletalova (Çexiya) – 54,51.
  5. Antdrenette Knayt (Yamayka) – 54,54.

Aut.az