“Bavariya”dan 52 milyonluq təklif
“Liverpul”un vingeri Luis Dias karyerasını “Bavariya”da davam etdirə bilər.
Aut.az xəbər veir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin yazdığına görə, Münhen klubu 28 yaşlı kolumbiyalı futbolçu üçün 52 milyon avro təklif edib. Buna qədər isə futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Geridə qalan mövsümdə Dias “Liverpul”un heyətində 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə verib. “Transfermarkt” onun bazar dəyərini 70 milyon avro olaraq göstərir.
Aut.az
