Dünya futbolu

Millimizin üzvü oynadı?

Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyununa çıxıb.

Aut.az xəbər verir ki, Albaniya çempionu “Breydablik”lə üz-üzə gəlib.

Əliyevin komandası İslandiya çempionuna 1:0 qalib  gəlib. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.

Cavab qarşılaşması bir həftə sonra İslandiyada baş tutacaq.