İngiltərəDünya futbolu

“Liverpul”un ulduzu təsdiqlədi: “Əl-Nəsr”lə danışıq aparır

“Liverpul”un vingeri Luis Dias İngiltərə klubundakı gələcəyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Dias Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun marağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“Danışıqlar davam edir. Bunun mənim və klub üçün necə bitəcəyini görəcəyik. Əlimizdən gələni etməyə və ən yaxşı qərarı verməyə çalışacağıq.

“Əl-Nəsr”in marağı? Biz danışıqlar prosesindəyik, klubla, “Liverpul”la, bizə yaxınlaşan hər kəslə əlaqə saxlayırıq. Amma mən çox sakit və razıyam. Ən yaxşı qərarı verməyə çalışıram”, – Dias blogger Maurisio Qomesə müsahibəsində deyib.

Bu yaxınlarda 28 yaşlı kolumbiyalının “Bavariya” ilə müqavilə bağladığı iddia edilmişdi.

Dias ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az