Futzal

Ruslar federasiyanın ofisini bombaladılar – FOTOLAR

İyulun 3-dən 4-ə keçən gecə Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə edilən kütləvi raket zərbəsi zamanı şəhər Futzal Federasiyasının ofisi faktiki olaraq məhv edilib.

Aut.az xəbər verir ki, bu barədə Ukrayna Futzal Assosiasiyasının (AFU) mətbuat xidməti məlumat yayıb.

“Kamikadze” tipli “Shahed” pilotsuz uçuş aparatının birbaşa ofisə düşməsi nəticəsində Kiyev Futzal Federasiyasının kabinetləri və “Select” şirkətinə məxsus, idman avadanlıqlarının saxlandığı anbar otaqları məhv edilib.

“Ukrainska Pravda”nın məlumatına görə, hücum nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb, onlardan biri 10 yaşlı qızdır. Həlak olanlar barədə hələ ki məlumat yoxdur.

Aut.az