Suares karyerasını nə vaxt başa vuracaq?
“İnter Mayami” klubunun hücumçusu Luis Suares mövsümün sonunda ABŞ təmsilçisindən ayrılacaq.
Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Uruqvaylı forvard MLS çempionluğunu qazanmağa çalışacaq və ardınca peşəkar karyerasını başa vura bilər.
Suares 2023-cü ilin dekabrında “İnter Mayami”yə keçmişdi. ABŞ təmsilçisinin heyətində o, MLS-in müntəzəm çempionatının qalibi olub və klub tarixində 34 qolla ikinci ən məhsuldar futbolçu adını qazanıb.
Qeyd edək ki, cənubi amerikalı hücumçu karyerası ərzində ümumilikdə 863 oyunda iştirak edib və 523 qol vurub. “Barselona”nın sabiq oyunçusu Uruqvay dördüncü divizionunda çıxış edən “Deportivo LSM” klubunun sahiblərindən biridir. Onun karyerasını bitirdikdən sonra bu klubun inkişafı ilə məşğul olacağı ehtimal olunur.
