Nadir “Ferrari” bu qiymətə hərraca çıxarılır – FOTO
Məşhur dizayner Ralf Laurenə məxsus olan 1995-ci ilin nadir “Ferrari F50” modeli Monterey Avtomobil Həftəsi zamanı “RM Sotheby’s”də hərraca çıxarılır.
Aut.az xəbər verir ki, təqdim edilən konfiqurasiyada cəmi iki F50 istehsal edildiyi bildirilir.
“Ferrari F50” 1995-ci ildə təqdim edilib. Tarqa gövdəli avtomobil 1990-cı il Formula 1 mövsümü üçün “Ferrari 641” yarış avtomobilinin 3,5 litrlik güc blokuna əsaslanan 4,7 litrlik V12 mühərriki ilə təchiz edilib. F50-nin güc bloku 382 kVt (520 at gücü) istehsal edir. F50 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, maksimal sürəti isə 328 km/saatdır. Lotun gözlənilən qiyməti 6,5-7,5 milyon dollardır. Hərrac 15-16 avqust tarixlərində keçiriləcək.
Aut.az




