Baş barmağı başına bəla oldu: 240 milyonluq müqavilədən sonra
“Memfis Qrizliz” klubunun ulduz hücumçusu Caren Cekson barmağında aldığı zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı basketbolçu sağ ayağının baş barmağından əməliyyat olunacaq. Bərpa prosesi təxminən 4-5 ay davam edəcək. Ən pis ssenariyə görə, “Triple J” növbəti NBA mövsümünün startını buraxa bilər. Bu xəbər Memfis klubunun Ceksonla maksimum dəyərdə – 5 illik, 240 milyon dollarlıq yeni müqavilə imzalamasından cəmi bir gün sonra yayılıb.
Cekson ötən mövsüm 74 oyun keçirib və orta hesabla 22,2 xal, 5,6 ribaund, 1,5 blok və 1,2 top oğurlama ilə yadda qalıb.
Aut.az
