İdmançı oranqutana siqaret verdi – Federasiya bəyanat yaydı
Rusiya Boks Federasiyası Cənubi və Şimali Qafqaz Federal Dairələrini müxtəlif boks yarışlarında təmsil edən rusiyalı idmançı Anastasiya Luçkinanın davranışı ilə bağlı bəyanat yayıb.
Aut.az xəbər verir ki, idmançı Krımdakı Tayqan safari parkında oranqutana elektron siqaret verərkən bunu videoya çəkib sosial şəbəkədə paylaşıb.
“Rusiya Boks Federasiyası siqaretin əleyhinədir və həmçinin heyvanlarla ehtiyatlı davranmağa çağırır.
Bu hadisə İntizam və Etika Komissiyasının nəzarətinə götürüləcək və Etika Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar tətbiq olunacaq.
İdmançı bu cür hərəkətlərə yol verməklə nəinki özünü, həm də digər idmançıların nüfuzuna xələl gətirib. İdmançı olmaq təkcə medallar və fəxri fərmanlar deyil, həm də istənilən vəziyyətdə layiqli davranış və örnək olmaq deməkdir”, – Rusiya Boks Federasiyasının mətbuat xidmətinin bəyanatında deyilir.
Aut.az
